Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Topaz Energy and Marine” “Abşeron” yatağındakı əməliyyatlarda iştirak edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Topaz Energy and Marine” “Abşeron” yatağındakı əməliyyatlarda iştirak edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Topaz Energy and Marine” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağındakı əməliyyatlarda iştirak edəcək.

 

Reklam_3_11

Şirkət SOCAR və “Total”ın birgə müəssisəsi olan “Total E&P Absheron” ilə müqavilə imzalayıb. Belə ki, “Topaz Energy and Marine” şirkəti “Total E&P Absheron”u “Abşeron”da işləmək üçün gəmilərlə təmin edəcək.

 

Qeyd edək ki, bu ilin sonundan “Abşeron” yatağında kəşfiyyat qazması davam etdiriləcək. Qazma işləri Heydər Əliyev adına yarımdalma qazma qurğusundan həyata keçiriləcək. Hazırda Hasilatın Pay Bölgüsü sazişi üzrə podratçı tərəfindən “Abşeron” yatağının İşlənmə Proqramı hazırlanır. Bu ilin noyabrında İşlənmə Proqramının SOCAR-a təqdim edilməsi nəzərdə tutulub. “Abşeron”da ilk quyu 2019-cu ildə sutkalıq 4 milyon kubmetr təbii qaz hasilatı ilə istismara veriləcək. Həmin il yataqdan ilk faza çərçivəsində 1,5 milyard kubmetr, 2020-2023-cü illərdə isə ikinci faza üzrə 5 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur.

 

“Abşeron” yatağı 2011-ci ilin sentyabrında dənizin 350-550 metr olan sahəsində kəşf olunub. “Abşeron” yatağının karbohidrogen ehtiyatları 350 milyard kubmetr qazdan və 45 milyon ton kondensatdan ibarətdir.

 

©Azərtac

25.09.2017 13:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ