Ən yuxarı statik reklam_3

VIII Rusiya - Azərbaycan Regionlararası Forumu keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
VIII Rusiya - Azərbaycan Regionlararası Forumu keçiriləcək

Sentyabrın 28-də Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya- Azərbaycan Regionlararası Forumu keçiriləcək.

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Forumda hər iki ölkənin dövlət rəsmiləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

 

Tədbir çərçivəsində Forumun plenar iclası, sənaye, turizm, aqrar, səhiyyə və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək, Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

 

Forumda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.

25.09.2017 13:02

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ