Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Neft qiymətlərində böyük sıçrayış

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətlərində böyük sıçrayış

Neft qiymətləri 2015-ci ilin İyul ayından  bu yana ən yüksək səviyyəsinə çıxıb.

 

Ötən şənbə günü, Azərbaycan daxil 11 qeyri-OPEC ölkəsi neft hasilatlarını 558 min barel azaltmaq üzrə razılaşmışdır. Bundan əvvəl OPEC ölkələri hasilatı azaltmaq barədə razılşamışdılar. Səudiyyə Ərəbistanı razılaşılan tarixdən əvvəl istehsalı azaltmağa hazır olduğunu açıqlayıb.

 

"Marja" xəbər verir ki, bu gecə Brent nefti Londonda ICE Futures Europe birjasında 3.56 dollar yüksələrək bareli 57.89 dolları, Qərb Teksas nefti (WTI) isə Nymex birjasında 3.01 dollar yüksələrək bareli 54.51 dolları görüb. Bakı vaxtı ilə saat 07:00-a olan məlumata görə, Brent nefti 56,64 dollrdan, Teksas nefti isə 54 dollardan alıcı tapıb.

 

Neft, OPEC-in 30 Noyabrda son səkkiz ildə ilk dəfə istehsalı azaltmaq barədə razılaşmasından bu yana təxminən 20% bahalaşıb. 

 

OPEC-in 2014-cü ildə "istədiyin qədər hasil et" qərarına liderlik edən Səudiyyə Ərəbistanı, neft bazarına nəzarəti təkrar ələ keçərmək istəyirdi. OPEC və OPEC-ə daxil olmayan ölkələrin istehsalı azaltmaq planı dünya neftinin  60%-ni çıxaran ölkələri əhatə edir. Plana ABŞ, Çin, Kanada, Norveç və Braziliya kimi əhəmiyyətli istehsalçılar qoşulmayıb.

12.12.2016 04:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ