Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Banvit-in satışı üçün müqavilə imzalanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banvit-in satışı üçün müqavilə imzalanıb

Türkiyənin toyuq əti istehsalçısı Banvit şirkətinin səhmlərinin 79.48%-nin dünyanın ən böyük toyuq əti istehsalçılarından biri olan Braziliyanın BRF S.A. şirkətinə bağlı "BRF Gmbh" şirkətinə və Qatar Investment Authority-yə  satışı üzrə müqavilə imzalanıb.


 
"Marja" xəbər verir ki, BRF və Qatar Investment Authority, Banvit-i satın almaq üçün bir ortaq şirkət yaradacaq. Yaradılacaq bu şirkətdə BRF-nin payı 60 faiz, Qatar Investment Authority-nin payı 40 faiz olacaq.


 
Braziliyanın ərzaq məhsulları istehsalçısı BRF-nin Twitter hesabından verilən açıqlamada,  "BRF 2017-ci ilə yeni bir tərəqqi ilə başlayır. BRF dünyanın ən böyük halal toyuq əti istehlakçısından pay alır" deyilir.


 
Banvit-dən məlumata görə, şirkətin ödənilmiş kapitalının təxminən  79.48%-ni təşkil edən səhmlərinin  915.06 milyon lirəyə satışı üçün müqavilə imzalanıb.

 

Qeyd edək ki, Banvit məhsulları Azərbaycan bazarında da yer alır.

 

Xəbərin yayımlanmasından sonra, Banvit səhmləri  13 faiz bahalaşıb.
 

10.01.2017 10:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ