Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"RoyalBank"ın vəzifəli şəxsləri barəsində yenidən cinayət işi başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"RoyalBank"ın vəzifəli şəxsləri barəsində yenidən cinayət işi başlanıb

Lisenziyası ləğv edilən "RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov və filialın sabiq xəzinədarı Rövşən Qasımov barəsində yenidən cinayət işi açılıb.


N. Bayramov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə: külli miqdarda olduqda), R. Qasımov barəsində isə 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
 

Reklam_3_11


İş üzrə ibtidai istintaq yekunlaşaraq, Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.


 
Cinayət işi hakim Mail Bayramovun icraatında araşdırılacaq.


 
Məhkəmənin hazırlıq iclası sentyabrın 27-nə təyin edilib.
 
 
Xatırladaq ki, hər iki şəxs 2014-cü ildə eyni maddələr üzrə ittiham olunub. İttihama görə,  “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Bakı şəhər sakinini aldadıb guya bankda sonuncunun və arvadının adına ümumilikdə 72 min ABŞ dolları olması barədə saxta əmanət kitabçasını təqdim etməklə sonuncuya məxsus külli miqdarda əmlakı ələ keçirib.


 
O, həmçinin eyni niyyətlə həmin şəxsi təkrarən aldadaraq 63 min manat pulu “Royal Bank” ASC-nin 5 saylı filialının Bakı şəhərində yerləşən inzibati binasında almaqla dələduzluq etməsinə, bundan başqa filialın kredit mütəxəssisi Arif Hacıqurbanov aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Bakı şəhər sakinin şəxsiyyət vəsiqəsinin surətindən və əmək haqqı barədə qanunsuz hazırladığı rəsmi sənəddən istifadə edərək sonuncunun adına 5 min 100 ABŞ dolları kredit rəsmiləşdirərək xeyli miqdarda özgə əmlakını ələ keçirib.


 
Natiq Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), Arif Hacıqurbanov 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), Rövşən Qasımov 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham ediliblər.


 
Həmin şəxslər müəyyən müddətdən sonra azadlığa buraxılıblar.

 

© APA

25.09.2017 15:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ