Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

35 çoxmənzilli bina əsaslı təmir olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
35 çoxmənzilli bina əsaslı təmir olunacaq

Prezident İlham Əliyev sentyabrın 25-də “Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

 

Reklam_3_11

Sərəncamda bildirilir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Neftçala rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib, Neftçala Sənaye Məhəlləsi yaradılıb, iri istehsal və emal müəssisələri açılıb, Rayon Mərkəzi Xəstəxanası, Şəhər Mədəniyyət və İncəsənət Sarayı, Uşaq-Gənclər Şahmat Məktəbi əsaslı təmir olunub. Həmçinin Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 64 mənzilli 3 yaşayış binası inşa edilib, təhsil ocaqları və digər sosialyönümlü obyektlər istifadəyə verilib, 31 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb, yeni yollar çəkilib, Kür çayı sahilində bulvar salınıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

 

Sərəncama əsasən, Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

25.09.2017 16:07

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ