Neft, yeni müharibə xofu ilə bahalaşır - Yenilənib

Brent nefti, Bazar ertəsi günü Şimali Kürdüstan muxtar vilayətindəki referendum ilə əlaqədar olaraq iki ildən artıq bir müddətin ən yüksək səviyyəsi olan 59 dolların üzərinə çıxıb.

 

"Marja" xəbər verir ki, bu dəqiqələridə (00:00) Brent nefti 59,19 dollardan alıcı tapır. Brent nefti 4%-dən çox bahalaşıb.

 

Qızıl 1% bahalaşıb və unsiyasının qiyməti 1310 doları keçib.


Siyasi statusu mübahisəli olan neftlə zəngin Kərkük başda olmaqla, fərqli etnik qrupların yaşadığı bölgədə yeni münaqişənin baş verəcəyi xofu neft qiymətlərinin qalxmasına səbəb olur.

 

İraq Müdafiə Nazirliyi, Türkiyə ilə sərhəddə genişmiqyaslı birgə hərbi təlimə başladıqlarını bildirib.

26 Sentyabr 2017, 00:01   
Melissa Park
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin