ABŞ və Çindən "Şimali Koreya ilə müharibə" açıqlaması
Şimali Koreyanın xarici işlər naziri Ri Yong Ho, BMT Baş Assambleyası üçün getdiyi ABŞ-ın Nyu-York şəhərindən ayrılmazdan əvvəl dünya gündəminə oturan bəyanatlar verib. "Marja" xəbər verir ki, ABŞ-ın onlara müharibə elan etdiyini iddia edən Ho, beynəlxalq hava məkanında olsa belə ABŞ təyyarələrini vuracaqları ilə təhdid edib.
ABŞ cəbhəsindən mövzu ilə bağlı həm Pentaqon, həm də Ağ Ev bəyanat yayıb.Pentaqonda jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyinin sözçüsü Polkovnik Rob Manning, ABŞ-ın bölgədəki müttəfiqləri ilə birlikdə Şimali Koreyaya qarşı bütün variantları masada saxladığını bildirib.
Ağ Ev isə Şimali Koreyanın iddialarını cəfəng kimi qiymətləndirərkən müharibə elan etmədiklərini bildirib.
Yaşanan gərginliklə bağlı son açıqlama isə Çindən gəlib. Çinin BMT Elçisi Liu Jieyi Reuters-a danışaraq təmkinli olmağa çağırıb. "İki ölkə arasındakı təzyiq çox təhlükəli bir nöqtədədir" ifadələrini istifadə edən Liu, "şəraitin bu qədər gərginləşməsi heç kim maraqlı olmaz, hər iki tərəfi sakitliyə dəvət edirik" deyə bildirib.
İki ölkə üçün yeganə yolun dialoq olduğunu vurğulayan Liu, "alternativ yol fəlakətə səbəb olar" xəbərdarlığını edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
20 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası