Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Azəriqaz”dan analoqsuz qərar

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azəriqaz”dan analoqsuz qərar

Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər “sürprizlə” qarşılaşıblar.

 

Borclarını ödəmək üçün “Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən «Azqazservis»-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifada olunan qazın 1700 kubmetri 10 qəpikdan qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub.

 

Sayta açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələdə heç bir qanun pozuntusunun olmadığını bəyan edib:

 

“Söhbət ondan gedir ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir. Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar.”

 

Hüquq müdafiəçisi Adəm Məmmədov belə bir faktla “Azəriqaz”-ın abunəçinin hüquqlarını kobud şəkildə pozuduğunu qeyd edib:

 

“Azərbaycan qanunvericiliyində belə bir bənd yoxdur. Borc yığılan illərdə hansı qanunvericilik qüvvədə olubsa, abunəçi də həmin qanunun tələbinə uyğun ödəmə aparmalıdır. Belə halla rastlaşan vətəndaşlar mütləq məhkəməyə müraciət etməlidirlər.”

© aznews.az

10.01.2017 10:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ