Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yeni modellər "ölü doğuldu" - 7 adam iPhone 8 alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni modellər "ölü doğuldu" - 7 adam iPhone 8 alıb

iPhone 8 və X modelləri təqdim edildiyindən bu yana Apple şirkəti 52 milyard dollar dəyərdən düşüb. Keçmişdə mağaza önlərində yaranan növbələrdən artıq əsər - əlamət yoxdur.


 

Reklam_3_11

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Apple, Sentyabrın 12-də yeni məhsulları iPhone 8 və iPhone X-u tanıtdı.

 

"Marja" xəbər verir ki, iPhone 8 və iPhone 8 Plus da ötən günlərdə satışa təqdim edilib. Apple-ın, daha əvvəl çıxardığı məhsullarda mağazaların qarşısında  növbələr yaranarkən, bu dəfə yeni modellər ölü doğuldu. iPhone 8 alıcılarda növbəyə duracaqları qədər böyük bir həyəcan yaratmağı bacara bilmədi.

 

Londondakı satışlarının başlamasından sonra ilk saatlarda yalnız yeddi adam iPhone 8 alıb. Sidneydə isə yalnız 30 telefon satılıb. Mütəxəssislər bu qədər aşağı bir tələbin gözlənilmədiyini bildirirlər. Şirkətin bazar dəyəri də bu satış rəqəmlərindən mənfi satış görür. 

 

52.2 MİLYARD DOLLAR "ƏRİDİ"

 

Apple-ın bazar dəyəri 12 Sentyabr 2017-dəki təqdimatdan bu yana 52.2 milyard dollar "əriyib". Şirkətin o gündən bu yana bazar dəyəri  6.2% düşüb. Təqdimatdan əvvəl 837 milyard 540 milyon dollar olan Apple-ın dəyəri dünən 785 milyard 271 milyon dollara geriləyib.

 

Mütəxəssislər tələblərin ötən illərdəki modellər ilə müqayisədə olduqca aşağı olduğunu qeyd edirlər.

 

Yeniliklərin kafi olmadığı, yüksək qiyməti və eyni zamanda iOS əməliyyat sisteminin yeni versiyasının batareya ömürünü sürətli bitirdiyi istiqamətindəki tənqidlər də satışların pis getməsinı səbəb olub. 

 

Ancaq, istifadəçilərin iPhone X modelini gözlədiyini iddia edənlər də var. Apple, iPhone X-u 3 Noyabrda bazara təqdim etməyi planlaşdırır.

 

TƏDARÜK ŞİRKƏTLƏRİ DƏ İTİRİB

 

Satışlardakı zəiflik yalnız Apple-a təsir etməyib. Şirkətin tədarükçüləri də ciddi mənada dəyər itkisi ilə qarşı-qarşıyadırlar. Xüsusilə Asiya tədarükçülərinin səhmləri sarsılıb. Tayvanın Foxconn markasının ana şirkəti Hon Hai Precision-un səhmləri dünən 3.3% dəyərdən düşüb. Yeni telefonların satışa çıxdığı cümə günü də 2.5% dəyər itkisi yaşanmışdı. Kameraları istehsal edən  Honq Konqun Cowell Holdings şirkəti isə 9.1% dəyər itkisi qeyd edib. Sunny Optical Technology-un səhmləri isə 5.7% nisbətində "əriyib".

26.09.2017 08:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ