Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan mikrokreditdə MDB lideridir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan mikrokreditdə MDB lideridir

Qazaxıstan mikrokredit portfelinin həcminə görə MDB məkanında lider ölkədir.


Bu barədə “Microfinance Information Exchange” beynəlxalq təşkilatının hesabatında bildirilir.

Reklam_3_11


Hesabata əsasən, bu ölkənin MDB üzrə verilmiş mikrokreditlərdə 33% və yaxud 464,3 mln. ABŞ dolları həcmində payı var.


İkinci yerdə 24% payla və yaxud 337,6 mln. dollarlıq göstərici ilə Azərbaycan, 3-cü yerdə isə 13,6% payla və yaxud 191 mln. dollarlıq göstərici ilə Tacikistan, 4-cü yerdə 11,5% payla və yaxud 162 mln. dollarlıq göstərici ilə Ermənistan, 5-ci yerdə isə 7% və yaxud 98 mln. dollarlıq göstərici ilə Qırğızıstan qərarlaşıb.


Rusiyada 86,3 mln. dollar (6,1%), Özbəkistanda 37,1 mln. dollar (2,6%), Moldovada isə 30 mln. dollarlıq (2,1%) mikrokredit verilib. Ukraynada isə mikrokredit portfeli yox dərəcəsindədir. Bu ölkədə cəmi 700 min dollarlıq göstərici qeydə alınıb.


Mikrokredit götürənlərin sayına görə isə Azərbaycan MDB-də birincidir - 274,8 min nəfər mikrokredit portfelində pay sahibidir.

 

Bu göstərici Qazaxıstanda 254,5 min nəfər, Tacikistanda 232,4 min nəfər, Qırğızıstanda 156 min nəfər, Ermənistanda 116,1 min nəfər, Rusiyada 36 min nəfər, Moldovada 19,3 min nəfər, Özbəsktan və Ukraynda isə 700 nəfərdir.

 

© Report

26.09.2017 08:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ