Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft "öküz" bazarına daxil olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft "öküz" bazarına daxil olub

Neft, İraqdakı müstəqillik referendumunun qlobal neft təklifini azaldacağı xofu ilə "öküz" bazarına daxil olub.


 

Neft qiymətləri, Türkiyənin ərazisindən Şimali İraqdan neft nəqlini dayandıracağı təhdidi ilə yenidən "öküz" bazarına addım atıb. "Trafigura Group" və "Citi", bazarda neft qıtlığının olacağı barədə xəbərdarlıq edib.


 
"Marja" xəbər verir ki, Prezident Rəcəb Yattip Ərdoğan, İraqın şimalında həyata keçirilən müstəqillik referendumu ilə bağlı verdiyi bəyanatda, Türkiyənin İraqın Kürdüstan regionundan neft ixracını dayandıracğını qeyd edib. İraq Kürdüstanı Türkiyənin Ceyhan limanından gündəlik 700 min barel neft nəql edir. 

 

Citigroup əmtəə araşdırmaları direktoru, neft kəşfi və hasilatına zəif investisiyalara görə, 2018-ci ilə qədər tez bir zamanda neft çatışmazlığı riskinin mövcud olduğunu bildirib.


 
Bu ay neft qiymətləri, xam neft tələbinin artmaqda olduğuna dair proqnozlar və Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) və tərəfdaşlarının hasilatlarını azaltmaqda davam etmələri ilə birlikdə 10%-dən çox yüksəlib. Neft qiymətləri son 2 ayda isə 20%-dən çox qalxıb. Qiymətlərin 20%-dən çox artması "öküz bazarı" kimi xarakterizə olunur. 
 
Bu gün Brent neftinin qiyməti 59,51 dollara, ABŞ xam nefti isə 52,22 dollara qalxmışdı.

26.09.2017 11:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ