Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın reklam bazarında son 10 ilin ən yüksək göstəricisi qeydə alınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın reklam bazarında son 10 ilin ən yüksək göstəricisi qeydə alınıb

Böhranlı 2016-cı ildə reklam şirkətlərinin gəlirləri azalıb. Bununla belə, böhran bazarda rəqabətin artmasına təkan verib. Reklam xidmətlərinin göstərilməsi üzrə müqavilələrin sayının 10% artması bundan xəbər verir.

 

Reklam_3_11

Dövlət Statistika Komitəsinin məlumatına göə, ötən il 6 245 reklam müqaviləsi bağlanıb. Bu, son 10 ildə ən yüksək göstəricidir. Bağlanılan müqavilələr üzrə ümumi məbləğ 37 mln. manat təşkil edib ki, bu da 2015-ci ildə olduğundan 28,3% azdır.

 

Azərbaycanda reklam agentliklərinin gəlirləri 2013-cü ildə yüksək həddə çatıb - 2 min 330 müqavilə üzrə 66,3 mln. manat.

 

Düzdür, o zaman dünya birjalarında neftin orta illik qiyməti bir barelə görə 108,7 dollar təşkil edib ki, bu da indi olduğundan iki dəfə çoxdur.

 

Qeyd edək ki, Azərbaycanda reklam dövriyyəsi ilə bağlı rəsmi məlumatlarla yanaşı, qeyri-rəsmi məlumatlar da var. Azərbaycan Reklamçılar Assosiasiyasının məlumatına görə, 2015-ci ildə reklam fəaliyyətinin dövriyyəsi təxminən 350-500 mln. manat təşkil edib. Bu, Dövlət Statistika Komitəsinin şirkətlərin və KİV-lərin təqdim etdikləri maliyyə hesabatlarına əsasən açıqladığı göstəricilərdən xeyli çoxdur. Həmin hesabatlara görə, 2015-ci ildə Azərbaycanda reklam fəaliyyətindən daxil olan gəlirlər 62 mln. manatdan bir qədər çox olub.

 

© Turan

26.09.2017 14:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ