Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın 2018 üçün iqtisadi artım proqnozu aşağı salındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın 2018 üçün iqtisadi artım proqnozu aşağı salındı

Asiya İnkişaf Bankı (AİB) 2017-ci ildə Azərbaycanda ÜDM-nin 1,3% azalacağını proqnozlaşdırır. Bu barədə yenilənmiş “Asian Development Outlook 2017 Update: Growth Outlook” icmalında qeyd edilir.

 

Reklam_3_11

Öncə AİB 2017-ci il üçün Azərbaycanda ÜDM azalmasını 1,1% səviyyəsində gözləyirdi.

 

Bankın qiymətləndirməsinə görə, 2018-ci ildə Azərbaycanda iqtisadi artım 1% təşkil edəcək (aprel proqnozu - artım 1,2%).

 

“2017-ci ilin birinci yarısında Azərbaycanm ÜDM azalması 1,3% təşkil edəcək, bu da ötən ilin analoji dövrünün göstəricisindən yaxşıdır (resessiya 3,4% təşkil edib). İlk növbədə sənaye sahəsində 5,8% səviyyəsində azalma olub. Neft hasilatının azalması da 2017-2018-ci illər üçün ÜDM-in proqnozlarına təkrar baxmağa məcbur edir”, - hesabatda qeyd olunur.

 

AİB-in proqnozlarına əsasən, 2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflasiya 14% təşkil edəcək (aprel proqnozu - 9%), 2018-ci ildə 10%-dək azalacaq (aprel proqnozu - 8%).

 

Bankın qiymətləndirməsinə görə, cari ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-nin 5,6%-i (aprel proqnozu ÜDM-nin 5,9%-i), 2018-ci ildə 11%-i səviyyəsində proqnozlaşdırılır (aprel proqnozu - ÜDM-in 11,4%-i).

 

2016-cı ildə Azərbaycanda ÜDM-nin həcmi 3,1% azalıb, inflyasiya 12,4% təşkil edib.

 

Cari ildə Azərbaycan hökuməti 2017-ci il üçün ÜDM artımını 1%, orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır. 

 

© İnterfaks-Azərbaycan

26.09.2017 15:27

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ