Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İki rəqib şirkət birləşir - qatar və tramvay istehsalında iri şirkət yaranacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki rəqib şirkət birləşir - qatar və tramvay istehsalında iri şirkət yaranacaq

Avropanın qabaqcıl dəmir yolu, qatar və tramvay istehsalçıları Almaniyanın "Simens" şirkətilə Fransanın "Alstom" şirkəti arasında birləşmək barədə saziş imzalanıb. 


 
"Marja" xəbər verir ki, "Siemens-Alstom"dan edilən yazılı açıqlamaya görə, "Simens" Fransa dövlətinin əlində olan "Alstom"un 50 faiz səhmini satın alır.
 
 
Birləşmə ilə yeni yaranın şirkətin 15,3 milyard avroluq dövriyyəyə malik olacağı qeyd edilib. "Siemens-Alstom" tərəfdaşlığının bu birləşmə ilə dəmir yolu vasitələri istehsalında dünya ikincisi, siqnal sistemləri sahəsində də birinci olacağı vurğulanıb. İki rəqib şirkət birləşərək dəmir yolu sahəsində Avropanın ən böyük şirkəti olmağı və dünya lideri çinli CRRC şirkətilə rəqabət etməyi qarşısına məqsəd qoyur.


 
Fransanın köklü dəmir yolu və qatar istehsalçılarından "Alstom", sürətli qatar (TGV) və tramvay  istehsalı sahəsində 32 min 800 nəfəri işlə təmin edir. Almaniyanın texnologiya nəhəngi "Simens"in dəmir yolu sektorunda fəaliyyət göstərən "qanadı" "Simens Mobility"nin isə 27 min 100 əməkdaşı var.


 
Keçən il, "Alstom"un Fransanın şərqində yerləşən Belfort şəhərindəki istehsal obyektini bağlayacağı açıqlanmış, daha sonra bu qərardan imtina edilmişdi.

27.09.2017 06:14

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ