Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ehtiyatlar gözlənilməz şəkildə düşdü, neft qiymətləri yüksəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ehtiyatlar gözlənilməz şəkildə düşdü, neft qiymətləri yüksəlir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da özəl sektorun açıqladığı məlumatların neft ehtiyatlarının gözlənilməz bir şəkildə düşdüyünü göstərib. Beləliklə, ehtiyatların keçən ay ABŞ sahillərini vuran və neft emalı zavodlarının bağlanmasına səbəb olan Harvey qasırğasından bu yana ilk dəfə azalıb. Məlumatın açıqlanmasının ardınca neft qiymətləri yüksəlib. 


 
"Marja" xəbər verir ki, sktorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatına görə, neft ehtiyatları ötən həftə 761,000 barel azalıb. ABŞ-da Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların, neft ehtiyatlarının ötən həftə 3.1 milyon barrel artmasını göstərəcəyi gözlənilir.

Reklam_3_11


 
Neft bu ay, artmaqda olan xam neft tələbatına dair proqnozlar və ABŞ-da Harvey qasırğasından sonra zavodların yenidən fəaliyyətə başlaması ilə birlikdə 10%-dən çox artıb. Qiymətlər Bazar ertəsi günü, Türkiyənin Şimali İraqdan Kürd neftinin öz ərazisindən ixracını dayandıracağı ilə hədələməsinin ardından son beş ayın ən yüksək səviyyəsinə çıxıb.
 


Analitiklər bildirirlər ki, qlobal ehtiyatlar hələ də yüksəkdir, ancaq azalır. İlin sonuna qədər neft tələbinin güclü olacağı gözlənilir. Neft qiymətlərinin daha da qalxması mümkündür.


 
Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nyu-Yorkda  Nymex birjasında 28 sent bahalaşaraq bareli 52.16 dollara, Brent nefti, Londonda  ICE Futures Europe birjasında  23 sent bahalaşaraq bareli 58.67 dollara qalxıb.

27.09.2017 06:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ