Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İlham Əliyev: "Ötən il maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyev: "Ötən il maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ötən il Azərbaycanda sosial məsələlərin həlli diqqət mərkəzində olub”.

 

Reklam_3_11

Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

O qeyd edib ki, maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Prezidentin sözlərinə görə, bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb: “Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 məktəb tikilib, 41 tibb müəssisəsi inşa edilib və ya təmir olunub. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb”.

 

Dövlət başçısı onu da bildirib ki, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb: “İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub və göstərilən xidmətlərin sayı artırılıb”.

10.01.2017 11:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ