Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Vergi islahatı ABŞ-ın ÜDM-ni 1% artıracaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Vergi islahatı ABŞ-ın ÜDM-ni 1% artıracaq"


ABŞ-ın Ticarət Naziri Wilbur Ross, Trampın seçki kampaniyası zamanı əsas vədlərindən biri olan vergi islahatı haqqında danışıb. "Marja" xəbər verir ki, o, bunun mümkün iqtisadi təsirlərini Amerikanın televiziya kanalı CNBC-yə  qiymətləndirib.

 

Reklam_3_11

Ross, Prezident Donald Trump hökumətinin vergi islahatının qüvvəyə minməsi vəziyyətində ölkə iqtisadiyyatının 1 faiz artacağını deyib.
 

 
 ABŞ-da mənfəət vergisi nisbətini 35%-dən 15-20%-ə endirilməsini nəzərdə tutan layihə üçün federal hökumətin gəlirlərində azalma olmayacağını qeyd edən Ross, bunları qeyd edib:

 
"ÜDM-də illik 1%-lik artım, 10 il ərzində ÜDM-də 10 trilyon dollar əlavə dəyər deməkdir. Bu da federal hökumət üçün 3 trilyon dollar əlavə gəlir deməkdir".


 
Trump hökumətinin, vergi islahatı layihəsinin təfərrüatlarını bu gün ictimaiyyəti açıqlayacağı gözlənilir. Layihənin bu il başa çatmadan ABŞ Konqresindən keçərək təsdiq olunması ehtimal edilir.


 
ABŞ iqtisadiyyatı bu ilin ikinci rübündə 3 faiz artım qeyd etmişdi. Keçən il 18,5 trilyon dollarlıq ÜDM ilə ABŞ dünyanın ən böyük iqtisadiyyatları arasında ilk sırada yer almışdı.

27.09.2017 09:07

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ