Ən yuxarı statik reklam-3_3

Azərbaycan mühasibləri növbəti foruma hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan mühasibləri növbəti foruma hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) 27 oktyabr 2017-ci il tarixində “Holiday Inn Baku” otelində Azərbaycan Mühasiblər Forumunu “AAF-2017” keçirəcək.

 

Bu barədə "Marja"ya  Assosiasiyanın İctimaiyyətlə Əlaqələr bölməsindən bildirilib.


ARPA və Deloitte şirkətlərinin təşkilatçılığı, Baker Tilly Azərbaycan şirkətinin tərəfdaşlığı, AFB Bank (platin), AtaBank (qızıl) və PRİMA Management Consulting şirkətlərinin (gümüş) sponsorluqları ilə keçirilən Forumun
ana mövzusu - “Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9 (MHBS 9/IFRS 9): Tətbiqi və Çağırışlar”dır.
Məqsəd 1 yanvar 2018-ci il tarixindən etibarən qüvvəyə minəcək Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9 (MHBS 9/IFRS 9): Maliyyə Alətləri” sənədinin tətbiqinin üstünlükləri, maliyyə qurumları, mühasiblərin üzləşə biləcəyi çətinliklər və onların aradan qaldırılması yollarını araşdırmaq, peşəkarların tövsiyələrini dinləmək və təcrübə mübadiləsi üçün platforma yaratmaqdır. Banklarda hesabatvermə sahəsində köklü dəyişikliklərə səbəb olacaq standart, banklarda maliyyə, risk idarəetməsi və İT bacarıqlarını özündə ehtiva edən geniş və müxtəlif tədbirlərin həyata keçirilməsi zərurəti yaradır. Bununla əlaqədar ARPA bilavasitə MHBS 9 əsasında çalışacaq mütəxəssisləri Forumda fəal iştirak etməyə çağırır.


Tədbirdə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası, Deloitte, PwC, EY və s. təşkilatlardan olan yerli və beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulub. Forum zamanı işıqlandırılacaq mövzuları
http://arpa.org.az/aaf-2017/ keçidindən əldə edə bilərsiniz.


Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) 2009-cu ildən fəaliyyət göstərir və ölkədə maliyyə və korporativ idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətlərində mədəniyyətin zənginləşməsinə təkan vermək, bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə yaradılmış qeyri-hökumət təşkilatıdır. Bu müddət ərzində fəaliyyət istiqamətləri üzrə bir çox yerli və beynəlxalq tədbirlər, o cümlədən bir neçə Risk və Mühasiblər  Forumu təşkil etməklə, müxtəlif ölkələrin təmsilçisi olan peşəkarlar arasında təcrübə mübadiləsi platforması yaradır və əlaqələrin genişləndirilməsində körpü rolunu oynamaqda davam edir.

27.09.2017 11:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ