Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Belarus Azərbaycanda birgə əczaçılıq müəssisəsinin yaradılmasında maraqlıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Belarus Azərbaycanda birgə əczaçılıq müəssisəsinin yaradılmasında maraqlıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan və Belarus əczaçılıq sahəsində əlaqələrin genişləndirilməsində və bu sahədə ölkəmizdə birgə müəssisənin yaradılmasında maraqlıdır.

 

Reklam_3_11

Sentyabrın 27-də İqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Belarus Respublikasının Səhiyyə naziri Valeri Malaşko ilə görüşündə bu barədə müzakirə aparılıb.

 

Görüşdə Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirir. Artıq bu sahədə ixtisaslaşmış Pirallahı Sənaye Parkı yaradılıb. Sənaye parkında Rusiya və İranla birgə müəssisələrin təşkili istiqamətində iş aparılır. Belarus şirkətləri də Pirallahı Sənaye Parkında yaradılmış əlverişli imkanlardan istifadə edə bilərlər. Bildirilib ki, sentyabrın 28-də Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək və bu sərgi çərçivəsində parkın fəaliyyəti və burada yaradılan əczaçılıq müəssisələri barədə təqdimatlar keçiriləcəkdir.

 

Belarus Respublikasının Səhiyyə naziri Valeri Malaşko vurğulayıb ki, Belarus Azərbaycanla digər sahələrdə olduğu kimi, səhiyyə və əczaçılıq sahələrində də əlaqələrin inkişafında, o cümlədən tibb sahəsində mütəxəssis hazırlığına dəstək göstərməkdə və birgə əczaçılıq müəssisəsinin yaradılmasında maraqlıdır.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair də fikir mübadiləsi aparılıb.

27.09.2017 14:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ