Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı-Tbilisi-Qarsda ilk reys 2 ay sonra baş tuta bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-Tbilisi-Qarsda ilk reys 2 ay sonra baş tuta bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bakı-Tbilisi-Qars dəmir yolunun nəqletmə perspektivləri olduqca böyükdür.”
 

Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya deyib.

Reklam_3_11

 

O bildirib ki, dəmir yolu xətti Çin və Avropanı birləşdirəcək: “Bakı-Tbilisi-Qars dəmir yolu bütün növ yüklər üçün nəzərdə tutulacaq və artıq Qazaxıstandan Türkiyəyə yük konteynerlərinin daşınması ilə bağlı təkliflər var”.


 

Nazirin sözlərinə görə, dəmir yolu Gürcüstanın limanları üçün rəqib olmayacaq.

 

“Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze isə deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yük qatarının təxminən 2 aydan sonra yola düşməsi gözlənilir:

 

“Türkiyə və Azərbaycandan olan həmkarlarımızla çalışacağıq ki, buna nail olaq. Sərnişinlərə gəlincə, bunun üçün əlavə infrastruktur işləri başa çatdırılmalı və yeni qatarlar alınmalıdır”.


 
Qeyd edək ki, bu gün Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolunda aparılmış işlərlə tanış olublar.

27.09.2017 17:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ