Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Subay və evlilərin ilk qazancından vergi alınmayacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Subay və evlilərin ilk qazancından vergi alınmayacaq"

ABŞ Prezidentiı Donald Trump, öz seçki kampaniyasının əhəmiyyətli vədlərindən biri olan və hökumətin Çərşənbə günü açıqladığı yeni vergi islahatı təklifi haqqında açıqlamalar verib (Ətraflı: http://marja.az/news/13646).

 

"Marja" xəbər verir ki, Trump, İndiana ştatında etdiyi çıxışında, ölkədə şirkətlər üçün vergisi nisbətini 35%-dən  20%-ə salacaq islahat təklifinin ABŞ-lı şirkətlərə üstünlük təmin edəcəyini bildirib.

 

Trump, 20%-lik nisbətin digər sənayeləşmiş ölkələrindəki vergilə müqayisədə daha aşağı olduğuna işarə çəkərək, ABŞ bazarının xarici şirkətləri çəlb edəcəyini vurğulayıb.

 

Yeni vergi islahatı təklifinin ABŞ-dakı aşağı gəlirlilər və orta sinifdə iştirak edənlər üçün əhəmiyyətli olduğunu vurğulayan Trump, "Subay bir fərdin ilk 12 min dollarlıq qazancından, evli cütlərin də ilk 24 min dollarlıq qazancından heç vergi alınmayacaq" ifadəsini istifadə edib.

 

Trump, təklif ilə ABŞ-ın qarışıq olan vergi sisteminin daha sadə və ədalətli hala gətiriləcəyini qeyd edərək, "Hazırda amerikalıların təxminən 90%-i vergi bəyannamələrini hazırlamaq üçün başqalarından kömək almaq məcburiyyətində qalır. HalbukiŞ fərdlər artıq vergi bəyannamələrini tək bir səhifəyə sığdıra biləcək. Bu çox əhəmiyyətlidir",- deyə bildirib.

 

ABŞ iqtisadiyyatının vəziyyəti haqqında da danışan Trump, bu ilin ikinci rübündəki 3%-lik artım nisbətinin əhəmiyyətli olduğunu vurğulayıb.

 

Trump, ABŞ-da işsizlik nisbətinin son 16 ilin ən aşağı səviyyəsində olduğuna işarə edərək, ölkəyə mənfi təsir edən qasırğalardan ötəri bu ilin ikinci yarısında iqtisadi inkişaf nisbətinin 3%-dən aşağı düşə biləcəyini sözlərinə əlavə edib.

28.09.2017 05:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ