Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"İştirakçılardan 20 faizinin balı standartlara cavab vermir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İştirakçılardan 20 faizinin balı standartlara cavab vermir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda keçiriləcək bal yarmarkasında iştirak etmək üçün 324 arıçı qeydiyyatdan keçib.

 

Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

 

Assosiasiya sədri bu ilki yarmarkada iştirakçıların sayının artdığını deyib:

 

"Ötən il yarmarkada 256 arıçı iştirak etmişdisə, bu il onların sayı 324 nəfərə çatıb. Hazırda yarmarkaya təqdim edilən balların keyfiyyət təhlili aparılır. İştirakçılardan 20 faizinin təqdim etdiyi balın keyfiyyəti standartlara cavab vermir. Fikrimcə, bu il yarmarkada 300 tona yaxın bal təqdim olunacaq".

 

Ötən il yarmarkada 71,7 ton, 2015-ci ildə 250 ton bal təqdim olunmuşdu.

 

B.Həsrətov onu da qeyd edib ki, alıcılar yarmarkada aldıqları balın keyfiyyətini yoxlaya bilərlər: "Yarmarkada alınan məhsulun keyfiyyətini yoxlamaq üçün xüsusi laboratoriya quraşdırılacaq. Balı alan müştərilər bu laboratoriyada məhsulu yoxlaya bilərlər".

 

Qeyd edək ki, bal yarmarkası oktyabrın 10-dan noyabrın 5-dək "Amay" ticarət mərkəzində keçiriləcək.

 

© Trend

28.09.2017 06:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ