Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank daha çox Manat kütləsi yığacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank daha çox Manat kütləsi yığacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit növbəti hərracı keçiriləcək.

 
“Marja” xəbər verir ki, 02 oktyabr 2017-ci il tarixində keçiriləcək hərrac ilə 200 milyon manat cəlb edilməsi nəzərdə tutulur.

 
Müddət 14  gün, faiz dərəcəsi 10,01% – 14,99% müəyyən olunub.

 

Qeyd edək ki, Mərkəzi Bank bundan öncəki hərraclarda 100 milyon manat cəlb edəcəyini açıqlayırdı. 

 

Xəbər verdiyimiz kimi, 25.09.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 624,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdi. Mərkəzi Bank cəmi 100 milyon manat cəlb etmişdi.

 

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

28.09.2017 10:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ