Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Kapital Bank”ın sədr müavini “SWIFT”in Azərbaycan üzrə sədri seçildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank”ın sədr müavini “SWIFT”in Azərbaycan üzrə sədri seçildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun yeni sədri vəzifəsinə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini Nahid Zeynalov seçilmişdir.

 

Reklam_3_11

28 sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “SWIFT” Beynəlxalq Maliyyə Telekommunikasiya Cəmiyyətinin Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun rəhbərinin və katibinin seçilməsi ilə bağlı tədbir keçirilmişdir.

 

Bank nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ABA-nın nümayəndəsi gündəlikdə duran məsələ ilə bağlı çıxış edərək “SWIFT” İstifadəçilər Qrupunun rəhbəri və “SWIFT” İstifadəçilər Qrupunun katibi vəzifələri üçün namizədləri təqdim etmişdir.

 

Təkliflər geniş şəkildə müzakirə edilmiş və açıq səsvermə keçirilmişdir.

 

Son nəticə olaraq “SWIFT” cəmiyyətinin ölkədə fəaliyyət göstərən banklarla əməkdaşlıq münasibətlərinin effektivliyinin artırılması məqsədilə Azərbaycan üzrə “SWIFT” İstifadəçilər Qrupunun rəhbəri vəzifəsinə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini - Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov və “SWIFT” İstifadəçilər Qrupunun katibi vəzifəsinə isə “Kapital Bank” ASC-nin Maliyyə İnstitutları şöbəsinin Beynəlxalq Əlaqələr üzrə meneceri Xəyalə Məmmədova təyin olunmuşdur.

 

Sonda iştirakçılar tərəfindən protokol imzalanaraq səsvermə rəsmiləşdirilmişdir.

28.09.2017 11:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ