Mobil manşet üstü reklam-3_21

Rusiyadan Azərbaycana quş ətinin idxalı şərtləri razılaşdırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyadan Azərbaycana quş ətinin idxalı şərtləri razılaşdırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (BFNX) bu ölkədən quş ətinin idxalına dair şərtləri razılaşdırıb.


DBNX bildirib ki, Rusiya quşçuluq məhsullarının tədarükü zamanı ölkənin zərərli heyvan xəstəlikləri (regionlaşdırma prinsipi) üzrə regionlarının statusunun müəyyən edilməsinə dair qərara əməl etməyə hazırdır.

Reklam_3_11


Bununla əlaqədar Rusiyadan Azərbaycana quşçuluq məhsullarının ixracına nəzarətdə olan mallar (diri quş, inkubasiya yumurtası, genetik materiallar, termik emaldan keçməmiş, quş qripi virusunun dağılmasına zəmanət verən quşçuluq məhsulları) yüksəkpatogenli quş qripi üzrə "əlverişli" statusuna malik ərazilərdə əldə edilib və istehsal olunduqları halda icazə verilir.


Termik emaldan keçməmiş, quş qripi virusunun dağılmasına zəmanət verən quşçuluq məhsullarının tədarükü ancaq quş qripi üzrə "əlverişli" statusuna malik ərazilərdə saxlanılan və yetişdirilən quşdan keçdiyi halda mümkündür.


Diri quşun üçüncü ölkənin ərazisinə aparılması ancaq marşrut istiqamətinin quş qripi üzrə "əlverişsiz" statusa malik ərazilərdən keçməyəcəyi halda icazə verilir.

 

© Report

28.09.2017 13:32

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ