Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sumqayıtda silahlı şəxslər zərərsizləşdirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sumqayıtda silahlı şəxslər zərərsizləşdirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Sumqayıtda silahlı şəxslərin vətəndaşlara hücum etməsi və asayişi qoruyan polis əməkdaşlarına xəsarət yetirməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.


 
Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Sumqayıtda silahlı şəxsin vətəndaşlara hücum etməsi və asayişi qoruyan polis əməkdaşlarına xəsarət yetirməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil:
 


“Əslində dünən saat 18.00 radələrində Sumqayıt şəhəri 32-ci məhəllənin ərazisində şəhər sakinləri, əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə, o cümlədən xuliqanlıq, qəsdən sağlamlığa zərərvurma, hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və digər maddələrlə dəfələrlə məhkum olunmuş Səbuhi Xəlilov və Nurlan Əbilov ictimai qaydanı kobud şəkildə pozaraq bir-birinə bıçaqla xəsarət yetiriblər. Həmin vaxt ərazidə xidmət aparan post patrul xidmətinin əməkdaşları onları nizam-intizama dəvət etmək və sakitləşdirmək istəyərkən həmin şəxslər polisə də silahlı müqavimət göstərməyə cəhd ediblər, lakin polis əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində onlar zərərsizləşdirilərək polis bölməsinə aparılıb”.


 
O. Mansurzadə həmçinin qeyd edib ki, keçirilən ekspertiza nəticəsində saxlanılan hər iki şəxsin sərxoş olduğu müəyyən edilib.


 
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılıb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər Prokurorluğuna göndərilib. 


 
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Sumqayıtda silahlı şəxsin vətəndaşlara və polis əməkdaşlarına hücum etməsini özündə əks etdirən video görüntülər yayılıb.

 

© APA

28.09.2017 14:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ