Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı Nəqliyyat Agentliyi eyni şəxsin iki şirkəti ilə müqavilə bağlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Nəqliyyat Agentliyi eyni şəxsin iki şirkəti ilə müqavilə bağlayıb

 Bakı Nəqliyyat Agentliyi (BNA) dayancaq pavilyonlarının quraşdırılması xidmətinin satın alınması məqsədilə keçirdiyi açıq tender prosedurunda iştirak etmiş iddiaçıların təkliflərini qiymətləndirib.


Nəticələr haqqında Tender Komissiyasının protokoluna əsasən, "Etnas-1" MMC qalib elan edilib və həmin təşkilatla satınalma müqaviləsi imzalanıb.


Bundan başqa, BNA yol nişanlarının satın alıması məqsədilə keçirilmiş açıq tender prosedurunda iştirak etmiş iddiaçıların təkliflərini də qiymətləndirib. Tenderin nəticələri haqqında Tender Komissiyasının protokoluna əsasən, "Arsinal Holdinq" MMC qalib elan edilib və həmin təşkilatla satınalma müqaviləsi imzalanıb.


BNA həmçinin lot-1 iri dayanacaq pavilyonları, lot-2 üzrə orta dayanacaq pavilyonlarının satın alınması məqsədilə keçirilmiş açıq tender prosedurunda iştirak etmiş iddiaçıların təkliflərini qiymətləndirib. Tenderin nəticələrinə əsasən, "SAR Qrup" MMC qalib elan edilib və həmin təşkilatla satınalma müqaviləsi imzalanıb.


Qeyd edək ki, "Etnas-1" və "Arsinal Holdinq" MMC-lərin qanuni təmsilçisi (rəhbəri) Azad Əli oğlu İmanovdur, hər iki şirkət 2016-cı il dekabrın 27-də dövlət qeydiyyatından keçib və hüquqi ünvanları eynidir - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi,60.

 

© Report

28.09.2017 15:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ