Qanunsuz sahibkarlıq üçün 4 qat cərimə və 5 il həbs gəlir
Azərbaycanda qanunsuz sahibkarlıqla xüsusilə külli miqdarda ziyan vuran və xüsusilə külli miqdarda gəlir əldə edənlərlə bağlı ayrıca cəzalar tətbiq edilir.
Bununla bağlı Cinayət Məcəlləsinin (CM) 192-ci maddəsinə (Qanunsuz sahibkarlıq) yeni 3.1 və 3.2 bəndlərinin əlavə edilməsi təklif edilir.
Layihəyə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilən əməllər xüsusilə külli miqdarda ziyan vurma və ya xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə xüsusi cəzalar tətbiq olunacaq. Bu, 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilən gəlirin) 4 misli miqdarında cərimə və ya 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.
Layihə sentyabrın 29-da ictimai dinləmədən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
14 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
16 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl