Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu rayonda ilk dəfə fındıq bağları salındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu rayonda ilk dəfə fındıq bağları salındı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Siyəzəndə də ilk dəfə fındıq bağları salınıb.

 

Rayonun Həmyə kəndinin ərazisində 11 hektar sahədə tinglər əkilib. Siyəzən üçün qeyri-ənənəvi sahələrdən olan bağçılığın inkişaf etdirilməsi əsas istiqamətlərdəndir. Bu vaxtadək rayonda həyətyanı sahələrdə cəmi 10 hektara yaxın fındıq bağı olub. Yaxın bir neçə il ərzində fındıq bağlarını 100 hektara çatdırmaq planlaşdırılır.

 

Xaçmaz rayonunda da qarşıdakı iki-üç il ərzində 5 min hektar fındıq bağının salınması nəzərdə tutulub.

 

Bu il əkilməsi nəzərdə tutulan 2 min hektar sahədən 900 hektarında artıq işlər başa çatdırılıb.

 

Xaçmaz rayon kənd təssərrüfatı idarəsinin baş mütəxəssisi Qabil Ağabalayev ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artdığını bildirib. Bu da topraq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə həvəsləndirir. Fındığın az zəhmət tələb etməsi və satış qiymətinin münasib olması fermerləri stimullaşdıran amillərdəndir.

 

Xaçmazda fındıq sahələrinin genişləndirilməsi məqsədilə xüsusi komissiya da fəaliyyət göstərir. Xaçmazlı təsərrüfatçılar ötən il rayon ərazisindəki 4 min 650 hektar fındıq bağından dörd min tona yaxn məhsul əldə edilblər.

© Azərtac

 

12.12.2016 04:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ