Nazir: Azərbaycan Rusiyadan mineral su tədarükünə başlaya bilər

Azərbaycan Rusiyanın Stavropol diyarından mineral su tədarükünə başlaya bilər.

 

Bunu jurnalistlərə Stavropolda “Rokadovskie mineralnıe vodı” zavodunun fəaliyyəti ilə tanış olarkən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

O, Azərbaycandan Stavropol diyarına çoxlu turistin gəldiyini deyib: “Onlar bu bölgənin mineral və müalicə əhəmiyyətli sularını yaxşı tanıyır. Ona görə də, bizim dost və həmkarlarımızın texnoloji cəhətdən nə qədər irəli getdiyini görmək bizə maraqlı idi”.

 

Nazir vurğulayıb ki, “Rokadovskie mineralnıe vodı” zavodunda yeni texnologiyalar tətbiq olunub: “Azərbaycan bu suyun istehlakçısına çevrilə bilər”.

 

© Trend

28 Sentyabr 2017 , 18:42   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin