Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu il pambıqçılar üçün asan il olmayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il pambıqçılar üçün asan il olmayıb

Fermerlərin, torpaq mülkiyyətçilərinin səbirsizliklə gözlədikləri vaxt gəlib çatmışdır. Bir neçə gündür ki, rayonda pambıq yığımına başlanılıb. Hələlik nisbətən tez yetişən yerlərin məhsulu əllə yığılır. Bir neçə gündən sonra yığım kütləvi hal alacaqdır.


Məlumdur ki, bu il pambıqçılar üçün heç də asan olmamışdır. Aprel və may ayının birinci ongünlüyünün nisbətən sərin keçməsi torpağa səpilən çiyidin cücərməsinə mane oldu. Bir çox sahələrdə təkrar səpin aparıldı. Əkin-biçinlə məşğul olanlar təkrar əkinin nə demək olduğunu yaxşı bilirlər. Yenidən toxum almaq, onu səpmək, suvarmaq əlavə zəhmət və xərc deməkdir. Digər tərəfdən, çıxışın gec alınması pambığın gec yetişməsinə də səbəb olur. Pambıqçılar keçən il də havanın şıltaqlığından əziyyət çəkdilər və yetişdirdikləri məhsulun bir hissəsi itkiyə getdi, yığım müddəti uzandı. Amma əmək adamları ruhdan düşmədilər, məhsulu son qozasınadək topladılar.

Reklam_3_11


Biləsuvarda işini-peşəsini yaxşı bilən kənd təsərrüfatı işçiləri, o cümlədən qabaqcıl pambıqçılar çoxdur. Yazda havalar nə qədər əlverişsiz keçsə də, bu, onların torpağa olan məhəbbətini, inamını soyuda bilmədi. Çoxillik təcrübələrinə əsaslanaraq bilirdilər ki, sərin keçən günlərin qarşıda möhkəm istiləri olacaq. İyun, iyul, avqust aylarının həddindən artıq isti keçməsi, bəzi günlərdə hərarətin 40 dərəcədən yüksək olması təkrar əkinləri də arağaş sahələrə çatdırdı. Lakin uzun müddət yağışın yağmaması ucbatından çaylarda suyun azalması pambıqçıları bir qədər çətinə saldı.


Buna baxmayaraq, biləsuvarlılar yorulmaq bilmədən çalışdılar. Vegetasiya dövründə sahələrə nümunəvi aqrotexniki qulluq göstərdilər. Sahələri alaq otlarından təmizlədilər, kultivasiya çəkdilər, yemləmə gübrəsi verdilər, ziyanvericilərə qarşı mübarizə tədbirləri gördülər, suvarma apardılar, vaxtı çatanda ucvurma həyata keçirdilər.


Bir sözlə, rayonda keçmiş ənənələr bərpa edilir. Bu il pambıq əkilmiş 11 min 352 hektar sahənin məhsulunun 70 faizinin maşınla yığılması qərara alınmışdır. Bunun üçün “MKT-Biləsuvar”, “Azərpambıq”, “Kənd Təsərrüfatı” MMC müəssisələri tərəfindən rayona kifayət qədər ABŞ istehsalı olan pambıqyığan maşınlar və pambıq daşımaqdan ötrü qoşqu lafetləri gətirilmiş, zavodlardakı qapan-tərəzi, mahlıc istehsalı sexlərindəki dəzgah və avadanlıqlar sazlanmışdır.

29.09.2017 06:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ