Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyə “Akkuyu” və “Türk axını” layihələrinin icrasını sürətləndirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə “Akkuyu” və “Türk axını” layihələrinin icrasını sürətləndirəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Rusiya ilə birgə reallaşdırdığı “Akkuyu” AES və “Türk axını” qaz borusu enerji layihələrinin icrasını sürətləndirməyə hazırdır. 

 

RİA Novosti”ninverdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ankarada keçirdiyi danışıqların yekunlarına dair mətbuata açıqlamasında bildirib.

 
“Ölkələrimiz arasında əməkdaşlığın əsas sahələrindən biri də energetikadır. Biz “Akkuyu” AES və “Türk axını” qaz borusu enerji layihələrinə böyük əhəmiyyət veririk. Onlar davam edəcək və biz onları tezləşdirməyə hazırıq”, - deyə Ərdoğan qeyd edib.

 

Türkiyə və Rusiya İraq və Suriyanın ərazi bütövlüyünü dəstəkləyiblər

 

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin Ankarada baş tutan danışıqlar zamanı İraq və Suriyanın ərazi bütövlüyünü dəstəkləyiblər. R.T.Ərdoğan danışıqların yekunlarını şərh edərkən kürd muxtariyyətində müstəqillik referendumunun keçirilməsini böyük səhv adlandırıb.   


 
“Suriya və İraqı müzakirə etdik. İraq və Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyi məsələsində həmfikir olduq. Bu referendumun heç bir qanuniliyi yoxdur. Şimali İraq rəhbərliyi böyük səhvə yol verib. Heç kimin bizim regionu alovlandırmağa haqqı yoxdur”, - deyə Ərdoğan jurnalistlərə bildirib.  

 

© APA

29.09.2017 06:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ