Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan yalnız bu ölkələrdən donuz əti və piyi alır - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan yalnız bu ölkələrdən donuz əti və piyi alır - SİYAHI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan sonucu dəfə Estoniya və Latviyada Afrika taununun aşkarlanması barədə məlumatlandırılıb.

 

Reklam_3_11

Bunu  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

 

Onun sözlərinə görə, hazırda Azərbaycan donuz ətini Avstriya, Belçika, Böyük Britaniya, İspaniya, Niderland, Gürcüstandan, donuz piyini isə Almaniya, Belçika, Danimarka, Fransa, İspaniya, Kanada və Niderlanddan idxal edir. Rusiyanın epizootik vəziyyətin sabit olduğu ərazilərindən isə həm donuz əti, həm də donuz piyi idxal edilir.

 

Adları qeyd olunan ölkələrdə donuzlar arasında epizootik vəziyyətin sabit olduğunu deyən Y.Xanvəli Azərbaycanın hazırda Afrika taununun aşkarlandığı heç bir ölkədən donuz əti və donuz piyi idxal etmədiyini açıqlayıb.

 

Y.Xanvəli Zaqatala, Qəbələ rayonlarında, Bakı ətrafı ərazilərdə və s. yerlərdə mövcud olan donuzçuluq təsərrüfatlarında epidemioloji vəziyyətin normal olduğunu və heç bir problemin olmadığını da söyləyib.

 

Y.Xanvəli əlavə edib ki, Azərbaycanda donuzlar arasında Afrika taunu 2008-ci ildə Qəbələnin Nic qəsəbəsində aşkarlanmışdı. Həmin vaxt xəstəliyin yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülüb və 3 il müddətinə karantin elan edilib. Bundan sonra isə donuzların yalnız qapalı şəraitdə saxlanılmasına icazə verilib.

 

© Trend

29.09.2017 06:52

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ