Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Kredit tarixçəsi yaxşı olan borcalan tapmaq çətindir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kredit tarixçəsi yaxşı olan borcalan tapmaq çətindir"

“Bu gün banklar kifayət qədər likvid vəsaitə malikdirlər. Bankların kredit verməməsinin səbəbi nağd vəsait çatışmazlığı deyildir. Əsas səbəblərdən biri vəsaitin geri qayıtmayacağı riskidir. Digər bir məsələ kredit tarixçəsi yaxşı olan müştəri tapmağın çətinləşməsidir”.


Bu sözləri “Kredit Zəmanət Fondu” mövzusundakı müsahibə verən “Azərbaycan Bank Tədris Mərkəzi” nin direktoru Cavanşir Abdullayev deyib.

Reklam_3_11

 

"Bazarda risklər yüksəkdir. Digər məsələ təminat məsələsidir. Banklar daşınmaz əmlakı girov götürməyə ehtiyatlanırlar. Çünki daşınmaz əmlak bazarının özü qeyri-stabildir. Belə bir situasiyada Kredit Zəmanət Fondunun yaradılması önəmlidir".

 


Bildirib ki, kənd təsərrüfatına kredit qoyuluşu son üç ildə iki dəfə aşağı düşüb. Buna səbəb isə kənd yerlərində təminat mexanizminin olmamasıdır. Ona görə də, Kredit Zəmanət Fondu  istər  kiçik-orta biznesin, istərsə də kənd yerlərinin kreditləşməsi üçün önəmli mexanizmdir.


“Kredit Zəmanət Fondu mexanizmi bank olmayan kredit təşkilatlarına da şamil olunmalıdır”-deyə O, qeyd edib.
“Kənd yerlərinin kreditləşməsi  ilə əsas məşğul olan qurumlar BOKT-lardır. Buna görə də kiçik maliyyə institutları, o cümlədən BOKT-lar bu prosesdən  kənarda qalmamalıdır.


Cavanşir Abdullayev həmçinin bildirib ki , agent kredit təşkilatları seçilməli və seçilərkən kredit təşkilatının kapitalı, şəbəkəsi  müştəri portfeli nəzərə alınmalıdır.


O,  bu məsələ ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyası xətti ilə təklif göndərəcəklərini qeyd edib.

 

©  “Banklar və Biznes”  

29.09.2017 08:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ