Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Bankir və borcalan tələyə düşürlər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bankir və borcalan tələyə düşürlər"

“Kredit Zəmanəti Fondu bank müştəri münasibətlərinə müsbət təsir göstərən mexanizmdir”

 

“Marja” xəbər verir ki, bu sözləri “Azərbaycan Bank Tədris Mərkəzi” nin direktoru Cavanşir Abdullayev deyib.

 

Onun sözlərinə görə, bu gün girov qoyulmasında və girovun satışında ciddi problemlər mövcuddur:

 

"Müştərinin riskləri yüksək olduğuna görə bank bir neçə təminat istəyir. Təminatın sənədləşdirilməsi müəyyən qədər vaxt aparır, əlavə xərclər yaradır. Üstəlik, təminatın qiymətləndirilməsi, sığortalanması xərcləri də ola bilir. Elə kiçik və orta biznes sahibləri var ki, onlar götürülən kredit qədər təminat verə bilmirlər və ya verdikləri təminatlar bankları qane etmir. Bu ən ciddi problemlərdən biridir”.

 

“Digər tərəfdən də, Azərbaycanda götürüən girovun satılması  uzun, çox çətin bir məsələdir” deyən Cavanşir Abdullayev sözlərinə belə davam edib:

 

“Əgər sabah borcalan krediti qaytarmasa bank təminata (girova) iddia yönəldir. Qüvvədə olan qanunvericiliyə əsasən uzun məhkəmə prosesləri gedir. Bundan sonra icra mexanizmi var. Yəni, kifayət qədər uzun vaxt gedir, çoxlu xərclər çəkilir. İcra, auksionüçün pullar ödənilir və s. Bankir də kredit verəndə gözlənilən bu riskləri və xərcləri nəzərə alır və kreditin faizini müəyyənləşdirir. Nə qədər risk və xərc yüksəkdirsə, kreditin faizi də yuxarı qalxır. Kreditin faizi yuxarı qalxdıqda da, kreditin geri qayıtması pisləşir. Sanki borcalan və bankir bir tələyə düşürlər. Bankir riskini azaltmaq üçün faizi qaldırır, faizi qaldıranda da problemli kredit artır. Bir-birinə əks proses baş verir. Amma Kredit Zəmanət Fondu olarsa bu problem xeyli aradan qalxar. Çünki riski dövlət də üzərinə götürəcəkdir”.

 

Cavanşir Abdullayev əlavə edib ki, dünya təcrübəsnə görə, Kredir Zəmanət Fondu bütün kreditlərə deyil, prioritet sahələrə verilən kreditlərə zəmanət verir.

 

"Kredit Zəmanət Fondu maliyyəyə çıxışı yaxşılaşdıracaq, bank-müştəri münasibətlərini normallaşdıracaq və kredit faizlərinin aşağı düşməsini stimullaşdıracaq",- o deyib.

 

Qeyd: Xəbər Cavanşir Abdullayevin “Banklar və Biznes” qəzetinə müsahibəsindən istifadə edilərək hazırlanıb.

29.09.2017 08:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ