Naxçıvanın Vergilər Nazirliyi 32 vakant yer üçün müsabiqə elan edib

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olmaq istəyənlər üçün müsabiqə elan edib.


Müsabiqəyə sənəd qəbulu oktyabrın 2-dən noyabrın 1-dək aparılacaq.


Sənəd qəbulu zamanı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilən və üzərindən məhkumluğu götürülməyən və ya ödənilməyən vətəndaşların sənədləri qəbul edilmir. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.


Müsabiqəni müvəffəqiyyətlə keçmiş namizədlərə 32 vakant yer üzrə iş təklif olunacaq.


Vakant yerlər Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində (11 yer), Naxçıvan Şəhər Vergilər İdarəsində (1 yer), Babək Rayon Vergilər Şöbəsində (2 yer), Şərur Rayon Vergilər Şöbəsində (2 yer), Ordubad Rayon Vergilər Şöbəsində (5 yer), Culfa Rayon Vergilər Şöbəsində (2 yer), Şahbuz Rayon Vergilər Şöbəsində (4 yer), Sədərək Rayon Vergilər Şöbəsində (2 yer) və Kəngərli Rayon Vergilər Şöbəsindədir (3 yer).
Namizəd ona təklif olunan vəzifədən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq. Boş yerlərin sayı müsabiqənin sonuna qədər dəyişə bilər.

29 Sentyabr 2017 , 11:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin