Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Oktyabr ayına olan hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Oktyabr ayına olan hava proqnozu açıqlanıb

Azərbaycanda oktyabr ayına olan hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.

 

Bakıda və Abşeron yarımadasında

 

Orta aylıq temperaturun 15-16 dərəcə isti (gecələr 10-15, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 24 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-40 mm) olacağı gözlənilir.

 

Naxçıvan Muxtar Respublikasında

 

Orta aylıq temperaturun 13-16 dərəcə isti (gecələr 8-13, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 26 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm) olacağı gözlənilir.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

 

Orta aylıq temperaturun 8-12 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 15 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 49-78 mm) olacağı gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

 

Orta aylıq temperaturun 13-15 dərəcə isti (gecələr 8-13, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 23 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-61 mm) olacağı gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

 

Orta aylıq temperaturun 9-14 dərəcə isti (gecələr 5-10, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 20 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 34-126 mm) olacağı gözlənilir.

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

 

Orta aylıq temperaturun 15-17 dərəcə isti (gecələr 11-16, gündüzlər 16-21 dərəcə isti, bəzi günlərdə 25 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 mm) olacağı gözlənilir.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

 

Orta aylıq temperaturun 11-16 dərəcə isti (gecələr 9-14, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 23 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 96-274 mm) olacağı gözlənilir.

29.09.2017 10:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ