Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakıda Rusiya-Azərbaycan biznes-forumu keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Rusiya-Azərbaycan biznes-forumu keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cari ilin noyabr ayında Bakıda Rusiya İxrac Mərkəzinin ofisi açılacaq. Rusiya İxrac Mərkəzinin baş direktoru, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov bu barədə məlumat verib.

 

Onun sözlərinə görə, dekabrın axırında Bakıda həm də Rusiya-Azərbaycan İşgüzar Şurasının biznes-forumu keçiriləcək.

 

P.Fradkov deyib: “Azərbaycan bizim üçün mühüm tərəfdaşa çevrilir. Müxtəlif sahələri təmsil edən 45 şirkətin daxil olduğu Rusiya-Azərbaycan İşgüzar Şurası fəal iş aparır. Təkcə bu ilin birinci yarısında Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi təxminən 1,5 milyard dollar olub”.

 

Fradkovun sözlərinə görə, Azərbaycan Rusiyanın ixrac üzrə əsas tərəfdaşları arasında 9-cu yeri tutur. Azərbaycanın tərəfdaşlıq etdiyi əsas regionlar Moskva vilayəti, Moskva şəhəri, Nijni Novqorod vilayəti, Stavropol diyarı və Tula vilayətidir. Bu halda Stavropol diyarı üçün Azərbaycan əsas ixrac tərəfdaşıdır.

 

Rusiya İxrac Mərkəzinin başçısı vurğulayıb: “İxrac Mərkəzi ümumi həcmi 460 milyon dollardan çox olan 80-ə yaxın Rusiya-Azərbaycan layihəsini dəstəkləyir”.

 

©Azərtac

29.09.2017 14:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ