Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“FAVORİT” brendi qorunub saxlanılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“FAVORİT” brendi qorunub saxlanılacaq

Bu gün, 2011-ci ildən fəaliyyət göstərən “ARAZ SUPERMARKET” və 2008-ci ildən fəaliyyətdə olan “FAVORİT-MARKET” şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar verdiklərini bəyan ediblər.

 

Reklam_3_11

Birləşmənin bəzi detalları məlum olub. “Marja”nın əldə etdiyi məlumata görə, birləşmə təcrübə, marketinq və PR dəstəyini nəzərdə tutur. "ARAZ Supermarket"dən bildirildi ki, birləşmə satınalma deyil, "birgə fəaliyyətdir".

 

Hal-hazırda“FAVORİT” adının ləğv edilərək “ARAZ”a dəyişdirilməsi müzakirə mövzusu deyil. “FAVORİT” brendinin qorunub saxlanılacaq.

 

“Araz Supermarket” şirkəti Azərbaycanda iri istehsal və idxal şirkəti olan “Veysəloğlu” qrupuna daxildir. Bu səbəbdən şirkət mal tədarükündə bazarda üstünlüyə malikdir.

 

Alıcılar “FAVORİT-MARKET”də qiymətlərin yüksək olduğundan şikayət edrlər. Bu şəbəkənin “Araz Supermarket”ə birləşməsi birinciyə daha münasib qiymətlər təklif etməyə imkan verə bilər.

 

“Qiymət siyasəti bazara uyğun tənzimlənəcək. Biz müştərilərə daha münasib qiymətlər təklif edəcəyik. Bu birəşmənin əsas səbəbi istehlakçılara daha yaxşı xidmət göstərməkdir”,- “Araz Supermarket”dən “Marja”ya bildirilib.

 

Qeyd edək ki, “ARAZ”, "SPAR" supermarketləri və "OBA" marketləri “Veysəloğlu” Şirkətlər qrupuna məxsusdur.

 

“ARAZ” 70-ə yaxın, "FAVORİT" isə 16 şöbəyə malikdir.

29.09.2017 16:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ