Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Expressbank şənbə günü də işləyəcək!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Expressbank şənbə günü də işləyəcək!

Operativ və geniş çeşiddə bank xidmətlərini təmin edən Expressbank-ın MXD, Mərkəz, Xətai, Yasamal, Sumqayıt, Qusar, Şirvan, Mingəçevir, Gəncə filialları 30 sentyabr şənbə günü də fəaliyyət göstərəcək. Burada müştərilər büdcə ödənişləri, təcili pul köçürmələri, nağdsız əməliyyatlar, valyuta mübadiləsi, hesablaşma – kassa xidmətlərindən rahatlıqla yararlana bilərlər.

 

Xatırlatmaq istərdik ki, şəhərimizin mərkəzində - Bülbül prospekti 29 ünvanında yerləşən Expressbank-ın Nəsimi filialı və M. Hadi küç., 31S ünvanında yerləşən Əhmədli filialı həmişə olduğu kimi həftənin 7 günü 24 saat iş rejimində çalışır. Burada Bakı sakinləri və şəhərimizin qonaqları fasiləsiz olaraq sərfəli valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən istifadə edirlər.

 

Bütün bunlardan əlavə, Expressbank-ın MXD, Elmlər, Əhmədli, Yasamal, Neftçilər və Nəsimi filiallarında mövcud 24/7 zonalarında da müştərilər ATM və Expresspay ödəniş terminalları vasitəsi ilə istənilən zaman pul nağdlaşdıra, hesablarına mədaxil edə, depozit hesabını artıra, kommunal və digər ödənişlərini rahat və sürətli həyata keçirə bilərlər.

 

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

29.09.2017 20:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ