Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda aqrosığorta üzrə vahid Fond yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda aqrosığorta üzrə vahid Fond yaradılacaq

Azərbaycanda aqrosığorta sahəsi ilə məşğul olan vahid institut yaradılacaq. Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yerli nümayəndəliyinin rəhbəri Aliyə Əzimova bildirib.

 

Reklam_3_11

Hazırda IFC Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə aqrosığorta sisteminin ölkəmizdə tətbiqinə dair layihə üzərində işləyir.

 

A.Əzimova bildirib: "Hazırda biz bu sahədə qanunvericiliyin yaxşılaşdırılması üzərində işləyirik. Bundan əlavə aqrosığorta sahəsi ilə məşğul olacaq institut modelinin seçimi ilə bağlı danışıqlar da gedir".

 

Onun sözlərinə görə, Fond, bu sahə üzərində işləməkdən əlavə sığorta məhsullarının hazırlanması ilə də məşğul olacaq: "Biz gələn il ilkin sığorta məhsulları hazırlamaq üçün, aqrosığorta sahəsində risklərin qiymətləndirilməsi üçün məlumatlar toplayırıq".

 

© Trend

01.10.2017 09:47

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ