Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

17 min hektar var, 1000 hektar da salınacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
17 min hektar var, 1000 hektar da salınacaq

Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində işlər cari ilin payız aylarında da davam etdiriləcək.

 

İlin sonunadək rayon ərazisində min hektardan çox sahədə yeni fındıq bağlarının salınması planlaşdırılır. Bu məqsədlə ötən ilin payızında rayonda 5 hektar sahədə fındıq tingliyi yaradılıb, 300 min keyfiyyətli ting yetişdirilib.

 

Bu barədə rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə məlumat verib.

 

Xatırladaq ki, bu ilin yazında rayon ərazisində 3 min 158 hektar sahədə yeni fındıq bağları salınıb. Uçotdan kənarda qalan və yeni qeydiyyata alınan bağlar da nəzərə alınmaqla, hazırda Zaqatala rayonunda mövcud fındıq bağlarının ümumi sahəsi 17 min 17 hektardır. Bu bağların 9 min hektardan çoxu barverəndir.

 

Hazırda rayonun fındıq bağlarında məhsul yığımı davam edir. Bu il bağlardan 9 min tona yaxın məhsul gözlənilir.

01.10.2017 19:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ