Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yığımına başlanılıb, məhsul boldur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yığımına başlanılıb, məhsul boldur

Bir müddətdir ki, İmişlidə şəkər çuğundurunun yığımına başlanılıb.

 

Reklam_3_11

Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu il rayonda 485 hektar sahədə çuğundur becərilib. Cari ildə fermerlərin “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində sahələrdə bol məhsul yetişib. İndiyədək plantasiyalardan 3 min 148 tondan çox məhsul yığılıb.

 

Qeyd edək ki, ötən il imişlili əkinçilər çuğundur sahələrindən 6 min 388 ton məhsul toplayıblar. Əldə olunan ilkin nəticələr göstərir ki, bu il məhsul daha çox olacaq.

 

TOVUZDA İLK DƏFƏ ƏKLİB

 

Tovuz rayonunda bu il 410 hektar sahədə şəkər çuğunduru əkilib. İlk dəfə əkilməsinə baxmayaraq, bütün aqrotexniki qulluq göstərilərək bol məhsul əldə olunub.

 

Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, sahibkarlar hələlik çuğundur əkilən sahələrdən 1500 ton məhsul toplayıblar. Sahələrdə bol məhsul var. Rayonda çuğundur yığımı davam edir.

 

Qeyd edək ki, şəkər çuğunduru əsasən rayonun Əyyublu, Düz Qırıqlı, Mülkülü və Hününlar kəndində becərilir.

01.10.2017 20:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ