Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Həftənin ən vacib qlobal iqtisadi xəbərləri - TOP-5

iç səhifə xəbər başlığı altı (mobil)_31
Həftənin ən vacib qlobal iqtisadi xəbərləri - TOP-5

Bu həftənin ən vacib qlobal iqtisadi xəbərləri ABŞ, avrozona, B.Britaniya və Avstraliyada açıqlanacaq.


Həftənin dünya maliyyə bazarlarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbər.

Reklam_3_11


1) Oktyabrın 5-də Bakı vaxtı ilə saat 00:15-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Canet Yellen Sent-Luis şəhərinin FED-i tərəfindən hazırlanan bank fəaliyyəti ilə bağlı konfransda çıxış edəcək. Çıxışda FED-in monetar siyasətinin perspektivləri ilə bağlı açıqlamalar veriləcək. Bundan başqa, bu həftə Nyu-York FED-nin rəhbəri Uilyam Dadli (William Dudley), Dallas FED-nin rəhbəri Robert Kaplan və Filadelfiya FED-nin rəhbəri Patrik Harkerin (Patrick Harker) çıxışları gözlənilir;


2) Oktyabrın 6-da ABŞ-ın Əmək Nazirliyi tərəfindən kənd təsərrüfatı istisna olmaqla məşğulluğun sentyabr göstəricisi açıqlanacaq. Konsensus-proqnoza əsasən, məşğulluq göstəricisi "Harvey" və "İrma" qasırğaları səbəbindən avqust ayındakı 156 min nəfərdən sentyabrda 100 minə enəcək. Əsas diqqət sentyabrda orta saatlıq əmək haqlarındakı artıma yönələcək. Əgər avqustda artım 0,1% olmuşdursa, sentyabrda artımın 0,2% olması gözlənilir;


3) Sentyabrın 4-də Bakı vaxtı ilə saat 21:15-də Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draginin Frankfurtda ECB-nin yeni mərkəzinin açılşında çıxış edəcək. Sentyabrın 5-də 15:30-da isə ECB-nin sentyabr iclasının yekunlarına dair protokollar açıqlanacaq;


4) Bu gün B.Britaniyanın sənaye sektorunun fəalliq indeksi, sabah - inşaat sektorunun işgüzar fəalliq indeksi, sentyabrın 4-də isə xidmət sektorunun işgüzar fəalliq indeksi açıqlanacaq. Bir müddət əvvəl İngiltərə Mərkəzi Bankının sədri uçot dərəcəsinin yaxın iclaslarda artırıla biləcəyini bildirsə də, ötən həftə açıqlanan ÜDM artımı göstəricisinin proqnozdan aşağı olması ehtimalları azaldıb. Bu səbəbdən bu həftə açıqlanacaq iqtisadi göstəricilər önəmli olacaq;


5) Sentyabrın 3-də saat 08:30-da Avstraliya Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklər Bankın uçot dərəcəsini 13-cü dəfə artırmayacağını ehtimal edirlər.

 

© Report

02.10.2017 08:30

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ