İmtiyazlı səhmlərini adi səhmlərə çevirib
“Unibank” ASC dövriyyədə olan imtiyazlı səhmlərini adi səhmlərə çevirib.
Söhbət hər birinin nominal dəyəri 2,72 manat olan 5 147 100 ədəd səhmdən (14 000 112 manatlıq) gedir.
Bununla da, kredit təşkilatının 119 686 326,72 manatlıq nizamnamə kapitalını təşkil edən 44 002 326 səhmin hamısı adi səhmlərdən ibarət olub.
Qeyd edək ki, oktyabrın 13-də “Unibank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə Banka kənar auditor təyin edilməsi, İdarə Heyətinin tərkibində dəyişikliklər olunması, nizamnamə kapitalının artırılması məsələləri, eləcə də kredit təşkilatının nizamnaməsinə dəyişikliklər edilməsi və xüsusi əhəmiyyətli əqdlər haqqında məsələ daxildir.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Bankın səhmlərinin 41,906%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 2,5993%-i Zemfira Cəfərovaya, 19,4133%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 24,3668%-i Almaniyanın “DEG” investisiya və inkişaf cəmiyyətinə, 7,9815%-i adları açıqlanmayan qeyri-rezident hüquqi şəxslərə, 2,2953%-i adları açıqlanmayan qeyri-rezident fiziki şəxslərə, 1,4378%-i isə yerli minoritar səhmdarlara məxsusdur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 d. əvvəl
"CPM-İnvest İnvestisiya Şirkəti"ndə növbədənkənar ümumi yığıncaq keçiriləcək
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
15 d. əvvəl
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
- 23 d. əvvəl
- 32 d. əvvəl
-
16 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
16 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 16 saat əvvəl
-
17 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 17 saat əvvəl
-
19 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir