Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Bank rəhbərləri ilə görüşlər keçirmək lazımdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank rəhbərləri ilə görüşlər keçirmək lazımdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Milli Məclisin ya komitə, ya da plenar iclasında bank rəhbərləri ilə görüşlər keçirmək lazımdır".


Bunu Parlamentin bugünki plenar iclasında İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədov deyib. 

Reklam_3_11


"Bu gün banklar 28-30 faizlə kreditlər verir. Problemli kreditlərin həcmi azalmaqdansa, daha da artır. Mən bank sistemində sağlamlaşdırmanı görmürəm. Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. Mən bunu dəfələrlə demişəm və bir daha təklif edirəm ki, yığışaq və banklarla söhbət edək. Soruşaq ki, nəyə görə kredit faizləri bu qədər yüksəkdir? Banklarda vaxtı keçmiş kreditlərin həcmi getdikcə artır və bu borcları silmək çətinləşir. Bunu da soruşaq ki, problemli kreditlərin öhdəsindən necə gələcəklər? Anlamalıyıq ki, bu, Azərbaycan iqtisadiyyatına neqativ təsir edən amillərdəndir. Təklif edirəm ki, bank rəhbərlərini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına çağıraq. Onlar da bizə məlumat versinlər ki, bu proses hara gedir, sonu necə olacaq", - deyə o, qeyd edib. 


Millət vəkili həmçinin Rəqabət Məcəlləsi və təhsil kreditləri ilə bağlı qanun layihələrinin Milli Məclisin payız sessiyasının gündəliyinə salınmasını təklif edib: "Rəqabət Məcəlləsi qəbul edə bilmirik. Bu, kiçik və orta sahibkarlığın inkişafı üçün əhəmyiyyət kəsb edir. Təklif edirəm ki, bu məsələ payız sessiyasının gündəliyinə salınsın və qəbul edilsin. Bundan başqa, təhsil kreditləri ilə bağlı çoxlu müraciətlər var. Ali məktəblərə qəbul olunanlar təhsilini davam etdirə bilmir. Bununla bağlı qanun layihəsi vermişik. Təəssüf ki, layihə gündəliyə salınmır. Bu məsələnin gündəliyə salnmasını təklif edirəm".

 

© Report, APA

02.10.2017 10:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ