Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Rüfət Aslanlı Strasburqda olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rüfət Aslanlı Strasburqda olub

2017-ci ilin 26-28 sentyabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 54-cü plenar iclası keçirilmişdir.

 

Reklam_3_11

İclasda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.

 

Palatadan "Marja"ya daxil olmuş məlumata görə, plenar iclasın gündəliyinə Azərbaycan Respublikası tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində həyata keçirilmiş tədbirlərə dair növbəti tərəqqi hesabatının müzakirəsi məsələsi də daxil edilmişdi.

 

Hesabatda Azərbaycan Hökumətinin PY/TMM rejiminin effektivliyinin artırılması istiqamətində həyata keçirdiyi geniş islahat tədbirləri, eləcə də MONEYVAL-ın 2014-cü ildə ölkədə müvafiq sahədə beynəlxalq standartlara uyğunluğun IV raund qiymətləndirməsi çərçivəsində təqdim edilmiş tövsiyələrin icra vəziyyəti əhatə olunmuşdu.

 

Müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti ölkə rəhbərliyinin güclü siyasi iradəsi ilə PY/TMM ilə əlaqədar hüquqi, institusional və əməliyyat mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən maliyyə şəffaflığı və hesabatlıq məsuliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə iclas iştirakçılarına ətraflı məlumat verilib.

 

MONEYVAL Katibliyi hesabat dövrünü əhatə edən son üç il ərzində Azərbaycanda əhəmiyyətli tərəqqinin əldə edildiyini qeyd etdi və PY/TMM rejiminin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan Hökumətinin üzərinə götürdüyü öhdəlikləri böyük ölçüdə yerinə yetirdiyini təqdir edib

 

Müzakirələrin yekununda tərəqqi hesabatı MONEYVAL Komitəsi tərəfindən qəbul edilib.

02.10.2017 12:06

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ