Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bank Ombudsmanı sentyabrda 5 müraciət qəbul edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank Ombudsmanı sentyabrda 5 müraciət qəbul edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılmış Bank Ombudsmanı institutu fəaliyyət göstərdiyi ilk 1 ay ərzində (sentyabrda) rəsmi şəkildə 5 müraciət qəbul edib.


Bu barədə  açıqlamasında qurumun məsul katibi Elçin Həsənov məlumat verib.


“Bu müraciətlərdən 2-si dəyəri 2 min ABŞ dollarından və yaxud 3 400 manatdan çox olan (təxminən, 6 min və 20 min dollarlıq) mübahisəli məsələ ilə bağlı olub. Təbii ki, Bank Ombudsmanı onlara baxa bilməz. Bir müraciətlə bağlı hələ ki, məhkəmə prosesi gedir. Qalan iki müraciət isə banka baş vurmadan birbaşa edilib. Halbuki, vətəndaş ilk növbədə banka müraciət etməlidir, 30 iş günü ərzində gözləməlidir və müraciətə baxılmazsa, yalnız bundan sonra Bank Ombudsmanına üz tuta bilər. Yəni, bankın imtina barədə məktubu olmalıdır. Beləliklə, həmin 5 müraciətin 5-nin də araşdırılmasından imtina edib”, - deyə o qeyd edib.


Bununla yanaşı, E.Həsənovun sözlərinə görə, Bank Ombudsmanına telefonla da müraciət edilir və belə insanların sayı həddindən çoxdur: “Təəssüf ki, telefonla müraciətlər bizə aidiyyəti olmayan məsələlərlə bağlıdır. Məsələn, kiminsə kredit tarixçəsi pisdir və bank ona kredit vermirsə, Bank Ombudsmanına zəng edir. Halbuki, kreditləşmə bankın daxili işidir və buna heç nə edə bilmərik. Həmçinin, kredit borcunun bağışlanması üçün müraciət edənlər də var. Halbuki, bu məsələnin də Bank Ombudsmanına aidiyyəti yoxdur”.

 

© Report

02.10.2017 12:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ