Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

21 Azərbaycan şirkətinin məhsulları Almaniyada təqdim olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
21 Azərbaycan şirkətinin məhsulları Almaniyada təqdim olunacaq

Bu ilin 7-11 oktyabr tarixlərində Azərbaycan məhsulları növbəti dəfə vahid ölkə stendi ilə Almaniyanın Köln şəhərində keçiriləcək “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq.

 

Reklam_3_11

Sərgidə İqtisadiyyat Nazirliyi tərəfindən keçirilmiş müsabiqə əsasında seçilmiş 21 Azərbaycan şirkətinin meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, fındıq, meyvə, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsulları təqdim ediləcək.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin 5 oktyabr tarixli “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğini nəzərdə tutan Fərmanına uyğun olaraq, indiyədək yerli məhsullarımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində, Almaniyanın Düsseldorf şəhərində təşkil olunmuş “Prowein 2017” Beynəlxalq Şərab Sərgisində və Rusiyanın Moskva şəhərində keçirilimiş “Worldfood Moscow 2017” sərgisində vahid ölkə stendi ilə nümayiş olunub, xarici ölkələrə 8 ixrac missiyası təşkil edilib.

02.10.2017 14:28

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ